Körpü və Yol İnfrastrukturunun Tikintisi Layihəsi
Bu layihə çərçivəsində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi məqsədilə yeni avtomobil yolu və körpü konstruksiyasının tikintisi həyata keçirilmişdir. Layihənin əsas məqsədi regionlararası nəqliyyat əlaqəsini yaxşılaşdırmaq, yük və sərnişin daşımalarının daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək idi.
Tikinti prosesi zamanı sahənin hazırlanması, torpaq və qazıntı işləri, bünövrə konstruksiyalarının qurulması və daşıyıcı elementlərin quraşdırılması mərhələli şəkildə həyata keçirilmişdir. Layihədə yol örtüyünün çəkilməsi, drenaj sistemlərinin qurulması və müasir təhlükəsizlik elementlərinin tətbiqi də nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində həmçinin logistika baxımından yük nəqliyyatının rahat hərəkəti üçün yol infrastrukturu optimallaşdırılmış və nəqliyyat axınının təhlükəsiz idarə olunması təmin edilmişdir. Bu infrastruktur layihəsi regionun iqtisadi inkişafına və logistika əlaqələrinin güclənməsinə mühüm töhfə vermişdir.
Görülən işlər
-
Tikinti sahəsinin hazırlanması və torpaq işləri
-
Körpü bünövrəsi və daşıyıcı konstruksiyaların qurulması
-
Avtomobil yolu infrastruktunun tikintisi
-
Yol örtüyünün və drenaj sistemlərinin quraşdırılması
-
Nəqliyyat təhlükəsizlik elementlərinin tətbiqi